Braziliya prezidenti vəzifəsini icra edən Mişel Temer fitə basılacağından ehtiyat etdiyi üçün Rio-de-Janeyroda Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak etməyəcək.

TASS xəbər verir ki, bu barədə yerli “Folha de Sao Paulo” qəzeti məlumat yayıb.

Nəşr M.Temer administrasiyasındakı mənbələrinə istinad edərək yazıb ki, o, daha əvvəl vəzifəsindən müvəqqəti kənarlaşdırılan prezident Dilma Russeffin impiçmenti üzrə həlledici səsvermə ərəfəsində mənfi epizodlardan yayınmağa çalışır.

Belə ki, “Rio-2016″nın açılış mərasimi zamanı M.Temerin “Marakana” stadionunda 10 saniyəlik çıxışı böyük səs-küy və fit sədaları ilə müşayiət olunmuşdu.