Gürcüstanın Qudauri xizək kurortunda kanat yolu sıradan çıxıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə nəticəsində 10-dan çox insan xəsarət alıb.

İlkin məlumatlara əsasən, qəzaya elektrik enerjisinin kəsilməsi səbəb olub.

Hadisə yerində xilasedicilər çalışır.