Malta, İstanbul və Dubayda keçirilən beynəlxalq kulinariya çempionatlarında ölkəmiz də təmsil olunub.

“Ölkə.Az” xəbər verir ki, həmişə olduğu kimi bu yarışmalardan da kulinarlarımız Vətənə medallarla dönüblər.

İlk çempionat Maltada keçirilib. Maltanın Prezidenti xanım Marie Louise Coleiro Preca beynəlxalq kulinariya çempionunun açılış mərasimində çıxış edərək komandalara uğurlar arzulayıb.

aga 2Ölkəmizi bu yarışda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Elnurə Quliyevanın rəhbərliyi altında aşpazlar Ağa Salamov, Sarxan Məmmədov və Nicat Babayev təmsil edib.

  “Malta-2018” adlı çempionatında 350-dən çox aşpaz iştirak edib. Münsiflər heyətində Azərbaycan, Almaniya, Norveç, Fransa, Portuqaliya, Sloveniya və İtaliyadan olan mütəxəssislər təmsil olunub.

Təkbətək və komanda yarışlarında Azərbaycan komandası ümumilikdə 6 yarışmada uğurlu nəticə (3 gümüş, 2 bürünc, 1 fərqlənmə diplomu) göstərib.
İstanbulda keçirilən növbəti yarışmada 24 ölkə iştirak edib. Burada da kulinarlarımız 3 qızıl, 6 gümüş, 4 bürünc və 1 fərqlənmə diplomu qazanıblar. Bu çempionatda Mədinə Əliyevanın rəhbərliyi altında Nərmin Rəcəbova, Halil Kozakoğulları, Ruslan Şixiyev, Valeh İmranov və Timur Pivkin iştirak ediblər.
Yarışlarda bir neçə medal qazanan kulinarımız Ağa Salamov deyib:

“Maltada keçirilən yarışda son anda medalı qazandım. Son saniyədə. Yarış çox gərgin və məsuliyyətli yarış idi. Belə ki, Avropadan olan ən güclü aşpazlarla yarışırdım. Aralıq dənizi balıqları, hətta tanınmamış balıqlardan olan yarışda Azərbaycanın son illər qazana bilmədiyi medalı qazandım.
Aralıq dənizi balıq sinfindən 1 gümüş, komanda yarışından 1 bürünc və qara qutu (içindən nə çıxacaq bəlli deyil) sinfindən 1 bürünc əldə etdim.
Nəzərə alsaq ki, bu dünyanın ən çətin yarışmasıdır və bizə yad olan balıqlarla yarışırdıq”.