ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun biləyi sınıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda səfərdə olan Klinton qaldığı otelin hamamında yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Müayinə keçdikdən sonra əlinə sarğı qoyulub.

Hazırda Klintonun özünü yaxşı hiss etdiyi bildirilir.