Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyanın Hannover şəhərində 11 min nəfər Türkiyənin “Zeytun budağı” əməliyyatına etiraz etmək məqsədi ilə aksiya keçirib.

AzEuroNews.com xəbər verir ki, Hannover şəhərində keçirilən aksiyada Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatını dərhal durdurmasını tələb ediblər. Eyni zamanda aksiya iştirakçıları Almaniya əleyhinə şüarlar səsləndiriblər. Onlar Almaniyanın Türkiyəyə silah satışını dərhal dayandırmasını tələb ediblər.

Qadağan olunmuş şüarlar yazılan plakatlar polis tərəfindən alınıb. Eyni zamanda polisə müqavimət göstərən 3 nəfər saxlanılıb.