Suriyanın terrorçulardan azad olunan Afrin şəhərində partlayış törədilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Onlardan 7-si mülki şəxs, 4-ü isə Azad Suriya Ordusunun döyüşçüləridir.

Terrorçu PKK/YPG-PYD qruplaşmasının törətdiyi partlayış nəticəsində çoxlu sayda binaya da ziyan dəyib.