“Apple” korporasiyası özünün kiçik partiya “MicroLED” displeyini istehsal edib.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb. Displeylərin şirkətin Kaliforniyadakı mənzil-qərargahı yaxınlığında yerləşən məxfi müəssisədə hazırlandığı bildirilir.

Yeni displeylərin istehsalı prosesi “iPhone X” smartfonlarının təchiz edildiyi OLED displeylərdən daha mürəkkəbdir. Bu səbəblə, “Apple”ın cihazlarının şirkətin öz displeyləri ilə təchiz olunmasının 2 ildən tez baş tutmayacağı xəbər verilir.

“Apple” məsələ ilə bağlı şərh verməyib.