Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında Afrinin terrorçulardan təmizlənməsinə dəstək aksiyası keçirilir.

Report xəbər verir ki, “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı və Türk Dünyası Gənc Yazarlar Birliyinin təşkil etdiyi aksiyada 50 nəfərdən çox insan iştirak edir.

Onlar “Qarabağ-Afrin-Türkiyə” şüarını səsləndirir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun yanvarın 20-dən davam edən “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində martın 18-də Afrin şəhərinin mərkəzi terrorçulardan təmizlənib.