Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyanın Şimali-Reyn-Vestifalya əyalətində ictimai nəqliyyat sektorunda çalışanlar tətilə başlayıblar.  AzEuroNews.com xəbər verir ki, bu əyalətdə çalışan nəqliyyat şirkətlərinin süücüləri maaşlarının 6 % artırılmasını tələb edirlər.

“RSVG”, “SWB” kimi nəqliyyat şirkətlərinə aid avtobus, tramvay və qatarların işləməməsi əyalətin Bonn, Düsselldorf, Duisburq kimi böyük şəhərlərində həyatı iflic edib.

Xüsusilə, universitetlərin çox olduğu Bonn kimi şəhərlərdə tələbələr vağzallarda qalıblar.

Qeyd edək ki, işçilərin tətili ilə bağlı sözügedən şirkətlər bir neçə gün öncə əhaliyə xəbərdarlıq ediblər. Onların maaş artımına nail olana qədər tətillərini davam etdirəcəklərini vurğulayıblar.