ABŞ prezidenti Donald Tramp cümə axşamı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Qerbert Makmasterin istefasını elan edib. Onu bu vəzifədə ABŞ – ın BMT- də daimi sədri olan Con Bolton əvəz edəcək.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı prezident öz Twitter səhifəsində yazıb.

“ 9 aprel 2018-ci ildən etibarən səfir Con Boltonun mənim milli təhlükəsizlik məsələləri üzrə köməkçim olacağını bildirməyə məmnunam”, – deyə, Tramp bildirib.