Bu il aprelin 23-27-də Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək.

“Report”un xəbərinə görə, məlumat Təşkilatın saytında yerləşdirilib.

Sessiyada Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət və digər məsələlərin müzakirə edilməsi gözlənilir.

Həmçinin tədbirdə Makedoniyanın XİN rəhbəri Nirolya Dimitrov və Lüksenburqun Aİ işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.