Rusiyada martın 18-də keçirilən prezident seçkilərinin yekun nəticəsi açıqlanıb.
AzVision.az-ın məlumatına görə, seçkilərdə 76,69% səs toplayan Vladimir Putin yenidən prezident seçilib.

Seçkilərdə Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,77% səslə ikinci, Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski isə 5,65% səslə üçüncü olub.