Türkiyənin təhlükəsizlik qüvvələri ilə PKK tərəfdarları arasında Batman vilayətinin Hasankeyf rayonunda baş verən atışmada bir hərbçi şəhid olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışma Kelekçi kəndindəki Mava dağında aparılan antiterror əməliyyatı zamanı baş verib. Əraziyə əlavə hərbi qüvvə gətirilib.