Müğənni-bəstəkar Emin Ağalarov ayağını sındırıb.

Oxu.Az xəbər verir ki, bu haqda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi “Instaqram” səhifəsində yazıb.

Eminin fotolarını paylaşan Leyla Əliyeva yazıb:

“Tez sağal. Doğma, yaxın, əziz insanların yanında olması yaxşıdır. Ailənin dəstəyi çox şey deməkdir!”.

Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarovun Əli və Mikayıl adlı əkiz oğulları, Əminə adlı övladlığa götürdükləri qızı var.