Rusiyanın Kemerov şəhərində yerləşən “Zimnyaya vişnya” ticarət-əyləncə mərkəzində (“Qış albalısı”) baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, faciə nəticəsində daha 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Təqribən 70 nəfər itkin düşmüş hesab olunur.

Yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.