Müasir insanların bir çoxu çay paketlərindən istifadə etməyə üstünlük verir.

Bu zaman lazım olan şey bir paket çayı qaynar su ilə dolu fincana salıb, cəmi yarım dəqiqə gözləməkdir. Budur, bir neçə saniyə ərzində çayınız hazırdır.

Lakin ekspertlərin fikrinə görə, bu rahatlıq bizə baha başa gəlir. Çay paketlərindən daim istifadə insan sağlamlığına ciddi ziyan vurur.

Çay paketlərinin istehsalı üçün artıq qalan çay tozundan, tullantılardan istifadə olunur. Belə “çay”ın rəngini və dadını yaxşılaşdırmaq üçün ona müxtəlif kimyəvi maddələr – aromatizatorlar, konservantlar və s. – qatılır.

Ailem.az saglamolun.az-a istinadla xəbər verir ki, çay paketlərindən istifadə orqanizmdə xlorun səviyyəsini artırır. Xrol çay paketlərinin kağızının ağardılması üçün istifadə olunur.

Ümumiyyətlə, çay paketlərinin kağızı çox ziyanlıdır. Qaynar suya salındıqda dağılmayan, formasını dəyişməyən bu “kağız”ın adi kağızla heç bir əlaqəsi yoxdur.

Amerika alimləri sübut edib ki, çay paketlərindən daim istifadə edən insanların orqanizmində ftorun səviyyəsi də artır ki, bu da sümük və dişləri zəiflədir, onları kövrək edir.

Bundan əlavə, paketlərin tərkibinə “epixlorgidrin” adlı pestisid də ola bilər ki, bu da həzm sisteminə ziyan vurur, immuniteti zəiflədir, sonsuzluq və xərçəngin riskini artırır.

Araşdırmalar göstərir ki, çay paketlərinin tərkibində aflotoksin ola bilər. Bu göbələklərin həyat fəaliyyəti nəticəsində əmələ gələn güclü toksindir. Bu toksin müxtəlif xərçəng xəstəliklərinin, xüsusilə qaraciyər xərçənginin inkişafına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq mütəxəssislər çay paketlərindən yalnız istisna hallarda istifadə etməyi tövsiyə edirlər.