Böyük Britaniya Avropa Birliyi ilə razılaşdırılmış 40 milyard funt sterlinqi (56 milyard dollar) ödəməyəcək. Modern.az xəbər verir ki, bu barədə Britaniyanın Avropa Birliyindən ayrılması üzrə naziri Devid Devis mətbuata açıqlamasında bildirib.

“Biz sərfəli ticarət anlaşması əldə etməsək Britaniya bu məbləği ödəməyə bilər” deyə Devis bildirib.

Onun sözlərinə görə hələ heç bir şey razılaşdrılmayıb və bu ödənişdən imtina etmək mümkündür.

Nazirin bildirdiyi anlaşma sərbəst ticarət aparılması barədə razılıqdan ibarətdir. Buraya eyni zamanda maliyyə xidmətinin göstərilməsi də daxildir.

“Gələcək razılaşma, iqtisadiyyat, təhlükəsizlik və müdafiə sahəsində gələcək əməkdaşlıq, mümkün görünür” – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Brexit ilə bağlı referendumdan sonra bu ilin noyabrınadək razılaşma əldə olunmalı və təsdiq üçün hər iki tərəfin qanunverici orqanlarına təqdim olunmalıdır. Avropa parlamentinin və Birləşmiş Krallığın Parlamentinin təsdiqindən sonra Britaniyanın AB-dən çıxışı 2019-cu ilin mart ayının 29-da baş tutacaq. 2020-ci ilin dekabrın 31-nədək isə keçid dövrünün olacağı planlaşdırılır.