Ukrayna prezidenti Pyotr Poroşenkonun Saakaşvili və Nadejda Savçenkonun Ukraynada dövlət çevrilişi hazırlamaq istəmələri ilə bağlı iddialarına Mixail Saakaşvili cavab verib.

Axar.az xəbər verir ki, eks-prezident Poroşenkonu şərəf və ləyaqəti olmayan yalançı adlandırıb.

“Əvvəlcə mən məhkəmədə müdafiə olunacağam, növbəti il isə məhkəmədə Poroşenkoya qarşı şahid olacağam. Mən artıq tarix kitablarındayam, o isə kriminal və məhkəmə xronikalarına düşəcək” – deyə o, Feysbuk səhifəsində bildirib.