“Twitter Inc.” kriptovalyutaların sosial media vasitəsilə satışını qadağan edib.

Oxu.Az xəbər verir ki, “Twitter”in qərarına “Facebook” və “Google” da qoşulub.

“Twitter”in nümayəndəsi e-post vasitəsilə verdiyi açıqlamasında “kriptovalyutaların satışı bütün dünyada qadağan ediləcək” deyə qeyd edib.

O bildirib ki, virtual valyutalar fırıldaqçılıqdır.

Xatırladaq ki, “Facebook Inc” yanvar ayında kriptovalyutaların reklamlarını qadağan edib. “Google Inc” isə iyun ayından başlayaraq bu qadağanı tətbiq edəcəyini bəyan edib.