Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədi ilə antiterror əməliyyatına başlayıb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, Tel-Rıfat rayonu “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Mare və Afrin bölgələri arasında yerləşir.

Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir.

Yerli əhali martın 23-də keçirdikləri nümayişdə “Türkiyə ordusu bizi də xilas etsin!” şüarını səsləndirib.