Rusiyanın NATO-nun Brüsseldəki mənzil-qərargahında akkreditə olunmuş 7 diplomatı “arzuolunmaz şəxs” elan edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qərar NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən elan olunub. O bildirib ki, Skripal hadisəsi ilə əlaqədar Rusiyanın 7 diplomatı göndəriləcək, Rusiyanın NATO-dakı missiyasının tərkibi isə 30 nəfərdən 20 nəfərə endiriləcək.