Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzinin baş direktoru Nadejda Suddenok kompleksdə baş vermiş dəhşətli yanğınla bağlı ifadə verib.

Oxu.Az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Direktor əmindir ki,  ticarət mərkəzində yanğın qəsdən törədilib. Onun sözlərinə görə, dəfələrlə ticarət mərkəzindən xarici görünüşünə görə qaraçılara bənzəyən,  oyun avtomatlarında pulsuz oynayan, tualetlərin divarlarını yazan gəncləri qovlayıb.

“Onlardan polisə şikayət olunsa da, sonradan buraxılıblar…Kinoteatrların qapıları heç vaxt bağlı olmayıb. Mən həmişə özüm baxış keçirirəm, özüm təmizlik işləri aparıram” deyə Suddenok bildirib.

“Yanğından sonra əməkdaşlardan biri mənə uşaq zonasında partlayış səsi eşitdiyini və içərinin alovlandığını gördüyünü dedi. Atraksiyon özü-özün  birdən-birə yana bilməz. Sizi əmin edirəm, TM-ni yandırıblar” deyə Suddenok əlavə edib.

Qeyd edək ki, Suddenok  “Qış albalısı” TM-də 64 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Ümumilikdə qanlı insidentlər əlaqədar 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.