Biz vəzifəli şəxslərin xanımlarının bahalı aksesuarlardan, paltarlardan və çantalardan istifadə etməsinə adət etmişik.

AzEuronews adme.ru-ya istinadən xəbər verir ki, bu dəfə Sinqapurun Baş naziri Ho Chingin həyat yoldaşı Ağ evə üzərində dinozavr rəsmi, qiyməti 15 dollar olan çanta ilə gəlib.

Heç də təccüblü deyil ki, çanta tezliklə satış rekordu qırdı. Ancaq çanta adi deyilmiş: çantanı Sinqapurda autizmdən əziyyət çəkən uşaqlar üçün olan məktəbdə təhsil alan 19 yaşlı gənc hazırlayıb. Onun uşaqlıqdan dinozavrlara marağı olduğu üçün, çantaya belə bir dizayn verib. Şagirdlərin hazırladığı əşyalar pərakəndə satılır və istehsalçıya faiz verilir.

Ho Ching bu gözəl ideyanı dəstəkləyir, o həmçinin Sinqapur Autizm mərkəzinin məsləhətçisidir. O, bu layihəyə əvvəlcədən dəstək verib. Bu bir daha onu sübut etdi ki, yaxşılıq hər zaman öz yerini tapır.

Sinqapur-azeuro-2 Sinqapur-azeuro-3