Müğənni Emin Ağalarov Rusiyanın Kemerovo vilayətində yerləşən əyləncə mərkəzindəki baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib.

Oxu.Az  xəbər verir ki, Emin bu barədə sosial media hesabında məlumat verib.

O, beş şəhərdə verdiyi konsertdən əldə etdiyi 15 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə göndərdiyini bildirib.

“Kemerovoda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm.

Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən bir milyon rubl gəlirim olub. Bu konsertlər onsuz da xeyriyyə məqsədi daşıyırdı. Dostlarla bərabər 15 milyon rubl toplamışıq və pulu Müslüm Maqomayev adına Fonda göndərmişik”.

Qeyd edək ki, E.Ağalarov bu gün Tümendə planlaşdırılan konsertini təxirə salıb.