İstanbul Vergi İdarəsi türkiyəli model Çağla Şikeldən şikayətçi olub.

Oxu.Az “Sabah”a istinadən xəbər verir ki, Şikelin beş ilə qədər həbsdə qalması tələb olunur.

Xəbərdə deyilir ki, idarə 27 noyabr tarixində “Azad maniken və modellərin fəaliyyəti” çərçivəsində çalışan Çağlanın gördüyü işlər yoxlanılıb.

Yoxlama nəticəsində 2013-cü ildə müxtəlif firmalar tərəfindən düzəldilən və satışla əlaqəsi olmayan qaimələrə rast gəlinib. Şikelin bu qaimələrdən istifadə edərək vergidən yayındığı ortaya çıxıb.

Vergi işçiləri isə mövzu ilə əlaqədar sənədlər hazırlayıb və saxta qaimələr İstanbul Prokurorluğuna təqdim olunub. Şikelə vergidən yayınma səbəbilə cinayət işi açılıb.

Qeyd edək ki, Çağla Şikel 2 yanvar 1979-cu ildə, İstanbulda dünyaya gəlib. Modelin atası Hüseyn Şikel Karsda yaşayan azərbaycanlı, anası Asuman Şikel isə adanalıdır.