Meksikanın qərb əyalətlərindən Jaliscoda, Puerto Vallarta turistik şəhərindəki restorana bir qrup şəxs tərəfindən basqın olunduğu bildirilib.

AzEuroNews hurriyet-ə istinadən xəbər verir ki, əyalət səlahiyyətliləri tərəfindən verilən açıqlamada, iki avtomobillə şəhərin mərkəzi prospektində yerləşən restorana, silahlı dəstənin basqın edərək bir neçə şəxsi qaçırdığı bildirilib.

Hadisə yerində tapılan beş sahibsiz avtomobildə araşdırmaların davam etdiyini, təcavüzkarların sayı və şəxsiyyəti barəsində heç bir məlumatın olmadığını qeyd olunub .

Yerli mediadan verilən açıqlamada, qaçırılanların sayının 16 nəfər olduğu bildirilsə də, xəbər təsdiqini tapmayıb.

Qaçırılanların milliyyəti mövzusunda hər hansı bir açıqlama verilməyib.