Amerika alimləri telefon söhbətlərinin avtomobil sürücülərinə mənfi təsirini müəyyən ediblər. Buraya, həmçinin yüksək səsdən istifadə etmə, sükan arxasında sms-yazışmaya bərabər tutulan dərəcədə sərnişinlərlə ünsiyyət qurmaq daxildir. Tədqiqatların nəticələri “The Deccan Chronicle” nəşrində dərc olunub.

Modern.az xəbər verir ki,  alimlər 1991-2015-ci illərdə 14-84 yaşlı 4832 sürücülər arasında aparılan tədqiqatlar barəsində 93 elmi hesabatı müqayisə ediblər. Qiymətləndirmə yol-nəqliyyat hadisələrinə, avtomobilin sürətinə, onun hərəkət zolağında vəziyyətinə və müşahidə dinamikasına yekun reaksiyanın yoxlanması əsasında həyata keçirilib. Nəticədə məlum olub ki, yüksək səs də daxil olmaqla, mobil rabitədən istifadə edən sürücülərin fikirlərini cəmləşdirməsi aşağı səviyyədədir. Analoji nəticələr sərnişinlərlə söhbətə üstünlük verən sürücülərlə də müşahidə edilib. Yekun nəticələr əsasında mütəxəssislərin tövsiyəsi nəqliyyat vasitəsini idarə edərkən fikri yayındıran hər hansı detalları istisna etməkdən ibarətdir.