Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş aprelin 27-də keçiriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tarixi görüş ölkələr arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində keçiriləcək.

Xatırladaq ki, 1950-1953-cü illər Koreya müharibəsindən sonra iki ölkənin liderləri arasında sayca üçüncü görüş olacaq.