Dünya şöhrətli ifaçı Beyonsu həyat yoldaşı Cey Zinin təşkil etdiyi partidə dişləyiblər.

Oxu.Az xəbər verir ki, sənətçinin qadın aktrisa tərəfindən üzü dişlənilib.

Bu iddianı aktrisa Tiffani Haddiş dilə gətirib. O bildirib ki, Beyonsu dişləyən qadın narkotikin təsiri altında olub.

Beyons isə onu dişləyən şəxsin özündə olmadığını bildirərək aktrisanı əfv edib.

Lakin Beyonsun fanatları sosial mediada “Beyonsu kim dişlədi” həşteqi ilə paylaşımlar ediblər. Onların əsas hədəfi isə aktrisa Lena Danhem olub.

O, “Twitter”də “Beyonsu mən dişləməmişəm” sözlərini yazaraq iddiaları təkzib edib.