“Telegram” istifadəçiləri mesencerin fəaliyyətində problemlərlə üzləşiblər.

IKT.lent.az-ən “RİA Novosti”yə istinadən məlumata görə, messencerlə məlumatları göndərmək mümkün deyil.

Nasazlıqlar bir neçə ölkədə yaranıb. Populyar internet resurslarının fəaliyyətini izləyən “downdetector” saytında bildirilir ki, “Telegram”dakı problemlərlə bağlı Rusiya, İtaliya, Ukrayna və Almaniyadan olan istifadəçilər şikayətçidirlər.

“Telegram”ın bloqunda və ya onun yaradıcısı Pavel Durovun səhifəsində bununla bağlı rəsmi məlumatlar yoxdur.

Qeyd edək ki, sonuncu dəfə messencerin fəaliyyətində iri nasazlıq fevral ayında yaranıb. O zaman bu, Avropanın yarısını, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edib. Həmin vaxt nasazlıq messencerin veb-versiyasını və mobil versiyasını da əhatə edib.