“Tesla” şirkətinin bazar dəyəri ay ərzində 14,65 milyard dollar miqdarında aşağı düşüb.

İKT.lent.az-ın xəbərinə görə, səbəb “Tesla” elektromobilinin qəza törətməsi və şirkətdə nağd maliyyə vəsaiti çatışmazlığının olması barədə investorların narahatlığından qaynaqlanır.

Martın əvvəlindən bu yana “Tesla”nın səhmləri 25% ucuzlaşıb. Nəticədə onun bazar dəyəri 57,949 milyard dollardan 43,296 milyarda enib. Hazırda şirkətin 168,919 milyard ədəd səhmi dövriyyədədir. 19,9% səhmə malik olan “Tesla”nın yaradıcısı və baş direktoru Elon Mask təxminən 3 milyard dollar itirib.

“Moody’s” reytinq agentliyi vəziyyətlə əlaqədar “Tesla”nın korporativ borcluluq reytinqini B2-dən B3-ə salıb.