Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniya könüllü öz ölkəsinə qayıtmaq istəyən qaçqınlar üçün yeni proqram hazırlayır. AzEuroNews.com xəbər verir ki, bu dəfə federal ölkə qaçqınların ölkələrində öz işlərini qurması üçün investisiya ayıracaq.

Almaniyanın iqtisadi inkişaf naziri Gerd Müller
Almaniyanın iqtisadi inkişaf naziri Gerd Müller

Almaniyanın iqtisadi inkişaf naziri Gerd Müller mətbuata açıqlamasında bildirib ki, İraq, Tunis, Nigeriya və Əfqanıstan kimi ölkələrdən gələn qaçqınlar könüllü geri dönsələr onlara öz ölkələrində iş qurmaq üçün maliyyə yardımı edəcəklər.

Nazirin sözlərinə görə, Almaniya bu ölkələrdən gələn qaçqınların öz ölkələrində peşə təhsilinə yiyələnməsi üçün də 500 milyon avro miqdarında investisiya ayırıb.

Gerd Müller vurğulayıb ki, artıq “Siemens” şirkəti könüllü olaraq elektrik mühəndisi ixtisası üzrə 5 min qaçqına təhsil verir.