Bu gün Milli Məclisin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasda soyqırımla bağlı müraciət qəbul olunacaq.

Xatırladaq ki, cari ilin yanvarın 18-də prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.