ABŞ xarici işlər nazirliyi viza almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdirib.

“Ölkə.Az” xəbər verir ki, ABŞ tərəfi təhlükəsizlik incələmələrini genişlətmək məqsədi ilə viza üçün müraciət edənlərin sosial şəbəkə məlumatları, köhnə elektron poçt ünvanlarını və telefon nömrələrini tələb edəcək.

Müraciət edənlər siyahıda adı qeyd edilən sosial şəbəkə platformalarında son beş il ərzində açdıqları səhifələrin adlarını qeyd etməli olacaqlar.

Bundan başqa son 5 il ərzində istifadə edilən elektron ünvan və telefon nömrələri də tələb ediləcək. Bundan başqa müraciət anketində tələb ediləcək digər bir məlumat da ailə üzvlərindən kiminsə adının hansısa bir terror hadisəsinə qarışıb-qarışmadığı olacaq.

Əgər nazirliyin təklifi qəbul edilsə, hər il ABŞ vizası üçün müraciət edən 15 milyon insan bu məlumatları da vermək məcburiyyətində qalacaq.