Mir Səməd ► ► ► Eşidəndə ki, artıq yeddi ildir Özbəkistanda ən müasir sürət qatarı var, düzü bir az təəcübləndim. O mənada yox ki, onlarda bu ola bilməz, sadəcə elə gəlirdi ki, belə texnologiyaların Mərkəzi Asiyaya gəlişi üçün hələ vaxt çatmayıb. Özüm bu “Ördəkburun”dan istifadə edəndə nə qədər yanıldığımı anladım.

Vaxtilə İpək yolunda malların başlanğıcdan sonuna çatması üçün 9 ay vaxt sərf olunurdu. İndi həmin yolun Daşkənd- Buxara istiqaməti 4 saata yaxın vaxt aparır.

580 kilometr – 3 saat 50 dəqiqəyə pis deyil, hə?

Bu qatarları İspaniyadan alıblar. Ayrıca xətt çəkilib, öz adı “Talqod”ur, Özbəklər “Əfrasiyab” adı veriblər. Turanın əfsanəvi hökmdarının şərəfinə…
Amma bəzi yelbeyin rus turistləri bu sözə hırıldayırlar…

Maraqlı kontrastdır. Avropa qatarında gedirsən, pəncərədən isə Asiya çöllüyü…

Maksimal sürəti saatda 230 km. oldu. Ondan o yana da gedə bilər, amma yolun əyri istiqamətləri imkan vermir.

Bu marşrutda daha yavaş gedən “Şərq” və “S1” bir adlı alternativ qatarlar da var. Gedişin qiyməti 30 dollardı. Yerlilər üçün baha, turistlər üçün isə çox münasibdir.
Özbəklər bunu çox gözəl fikirləşiblər. Turistlər paytaxt Daşkəndə gəlir, daha sonra əsas turist istiqamətləri Səmərqənd, Buxaraya gedirlər.

İçində bufet də var, amma “WiFi” heç biznes klasda da yoxdur.
Hələ onların sendviçlə, çay və qəhvə paketinə baxın, görün nə gözəl bəzədilib…
Buxara və Səmərqənd vağzallarına isə iki göz istəyir, tamaşa etsin.