Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixlərində Ankaraya rəsmi səfər edəcək.

“Ölkə.Az” xəbər verir ki, səfər zamanı Rusiya- Türkiyə Əməkdaşlıq Şurasının iclası və digər rəsmi tədbirlər nəzərdə tutulub. Eyni zamanda Suriya məsələsinə görə, Rusiya-Türkiyə-İran sammiti də nəzərdə tutulub. Bu barədə məlumatı Türkiyə prezidentinin mətbuat xidməti yayıb.

“Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının 7-ci iclası 3 aprel tarixində Ərdoğan və Putinin sədrliyi ilə keçiriləcək. İclas vaxtı ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər müzakirə ediləcək. Putinin səfəri çərçivəsində “Akkuyu” Atom Elektrik Stansiyasının təməli qoyulacaq. Suriya məsələsi üzrə üçtərəfli görüş isə 4 aprel tarixində Ankarada baş tutacaq”, – deyə məlumatda bildirilir.