Murad Dalkılıç ilk dəfə sevgilisi Hande Erçellə birlikdə görüntülənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük dünən axşam sevgilisi ilə birlikdə yeməyə gedib.

Restoranda romantik şam yeməyi edən sevgililər çıxışda müxbirlərin olduğunu biləndə çölə çıxmaq istəməyib. Bir müddət gözlədikdən sonra əl-ələ çıxıb avtomobillərinə minən ulduzlar sualları cavabsız qoyub.

Erçel sevgilisinə “Bir an əvvəl gedək” deyəndə, Dalkılıç müxbirlərə “Bir an əvvəl evə getmək istəyirik, çox yorğunuq. Bilirsiniz ki, çox gərgin işləyirik, vaxt tapanda yeməyə çıxdıq” deməklə kifayətlənib.