Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Hollandiya qaçqın qəbulu ilə bağlı dəyişiklik etdiyini açıqlayıb. AzEuroNews.com xəbər verir ki, bu barədə ölkə mediasına qaçqınlar və miqrasiya naziri Mark Harbers məlumat verib. Onun sözlərinə görə, artıq Hollandiya ölkəyə yalnız hava və dəniz yolu ilə gələnlərin sığınacaq istəyini qəbul edəcək. Quru yolu vasitəsi ilə gələnlərin sığınacaq istəyi baxılmadan gəldikləri ölkələrə geri göndəriləcəklər.

Mark Harbers
Mark Harbers

M.Harbers bildirib ki, qonşu Belçika və Almaniyadan da qaçqınları bu cür qəbul etmələrini istəyəcək.

Nazirə görə, bu Avropaya hədsiz qaçqın və miqrant axının qarşısını alacaq. O, bildirib ki, həyata keçirəcəkləri layihədə qaçqınların Avropa ölkələrinə bərabər şəkildə paylanılması da nəzərdə tutulub: “Nədənsə ağırlıq Almaniya və Hollandiyanın üzərinə düşüb. Əslində isə, Cenevrə Konvensiyasına imza atan ölkələr bərabər şəkildə qaçqın və miqrant qəbul etməlidir”.

M.Harbers vurğulayıb ki, şərqli Avropa ölkələrinin qaçqın qəbul etməməsi və ya kvotanın həddindən artıq az olması Almaniya və Hollandiya kimi ölkələrdə böhrana səbəb olub.