Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.

AzVision.az xəbər verir ki, bununla bağlı “RİA Novosti”yə açıqlamasında Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.

O, deyib ki, komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb, Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, M.Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.