Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho çərşənbə axşamı səhər Pxenyandan Pekinə yola düşüb. O, Çindən sonra Azərbaycan və Rusiyaya səfər edəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə çoxsaylı diplomatik mənbələrə istinadən Yaponiyanın NHK teleşirkəti məlumat yayıb.

Məlumata görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı konfransında iştirak edəcək, ardınca Rusiyaya yollanacaq.

Bununla belə teleşirkət qeyd edir ki, KXDR-dən bununla bağlı rəsmi məlumat hələ ki, daxil olmayıb.