Paytaxtın bəzi yerlərində su olmayacaq
“Azərsu” ASC-dən verilən məlumata görə, Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 03 aprel 2018-ci il tarixində Abşeron Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.