ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviç DÇ-2018-ə buraxılmaya bilər.

“Report”un məlumatına görə, səbəb hücumçunun mərc şirkəti ilə əməkdaşlıq etməsidir. İsveçli forvardın buna görə FİFA tərəfindən cəzalandırılma ehtimalı var.

Qeyd edək ki, 36 yaşlı futbolçu AVRO-2016-dan sonra İsveç milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb. Daha sonra İbrahimoviçin dünya çempionatında çıxış etməsi üçün yığmaya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.