Amerikanın Luiziana ştatında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə məlumatı ştatın Səhiyyə Departamenti təsdiq edib.

Bundan əvvəl ölənlərin sayı 8 nəfər idi.

İdarədən bildirildiyinə görə, 5 nəfər İst-Baton-Ruj, 3 nəfər Tancipaxoa, 2 nəfər Seynt Helena və 1 nəfər Rapids dairəsində həyatını itirib.