Beynəlxalq koalisiya Suriyada terrorçuları məhv etməyi hədəfləməyib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Belə güclü koalisiyanın terrorçuların öhdəsindən gələ bilmədiyinə inanmaq çətindir. Görünür, məqsəd başqa – bölgədə vəziyyəti sarsıtmaq, öz hərbi və iqtisadi mövqelərini möhkəmləndirmək idi”, – deyə Şoyqu Moskvada beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı bildirib. 

Şoyqunun sözlərinə görə, vəziyyət Rusiya Hərbi Kosmik qüvvələrinin əməliyyatlara başlaması və İran, Rusiya və Türkiyənin iştirakı ilə real antiterror alyansının yaradılması ilə dəyişib. 

Müdafiə naziri qeyd edib ki, İŞİD Suriya və İraqda məhv edildikdən sonra terrorçuların Afrikada aktivliyi artıb, cihadçılar Avropa və Asiyaya geri qayıdırlar. Bunun nəticəsi olaraq, transsərhəd cinayətlərin sayı artıb.