Çinin kommersiya nazirinin müavini Van Şouven bəyan edib ki, ölkəsi Vaşinqtonun arzusu üzərinə ABŞ-la ticarət müharibəsinə hazırdır.

“Ölkə.Az” xəbər verir ki, Çin rəsmisinin sözlərinə əsasən, bununla yanaşı, Çin müharibə istəmir və hər zaman danışıqlara hazırdır. Amma eyni zamanda maraqlarını da müdafiə edəcək.

“Biz cavab tədbirlərini elan etdik. Bu tədbirlər eyni dərəcədədir. Siz ticarət müharibəsini soruşdunuz, Çin ticarət müharibəsi istəmir. Ticarət müharibəsində qalib olmur, biz bu müharibədən qorxmuruq. Əgər kimsə bizimlə savaşmaq istəyirsə, biz hazırıq”, – deyə Şouven bildirib.