Azərbaycanlı milyonçu Telman İsmayılovun daha bir obyekti satışa çıxarılırLent.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, söhbət İsmayılova məxsus “Tropikano” biznes mərkəzindən gedir. Adıgedən biznes mərkəzi Moskvanın mərkəzində yerləşir. Sahəsi 15 400 kvadratmetrdir. Hazırda obyektdə “Detskiy mir” mağazası yerləşir. Satış may ayında həyata keçiriləcək.

Xatırladaq ki, bir qədər əvvəl Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “Tropikano” biznes-klubuna məxsus bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan etmişdi. Məhkəmə Telman İsmayılovun şirkətinin müflis olması ilə əlaqədar “Tropikano” biznes-klubunun meneceri Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Bundan əlavə, “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan olunub.