ABŞ-ın Kolumbiya dairəsi üzrə ali məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin mayında Vaşinqtona səfəri zamanı erməniləri və terrorçu PKK tərəfdarı olan kürdləri döyən iki türk vətəndaşı barəsində hökm oxuyub.
AzVision.az “Daily Caller”-ə istinadən xəbər verir ki, Ərdoğanın iki mühafizəçisi olan Əyyup Yıldırım və Sinan Narin həbsdən buraxıldıqdan sonra üç il ərzində məhkəmənin qərarı ilə hüquq-mühafizə orqanlarının nəzarəti altında olacaq.

Məhkəmə onları “dinc nümayişçilərə xəsarət yetirməkdə” təqsirli bilib. Lakin onların hər ikisi məhkəmə zalından sərbəst buraxılıb. Belə ki, hər iki şəxs ötən ilin iyun ayında həbs olunub və dekabrda özlərini təqsirli biliblər.

Məhkəmənin qərarı ermənilər tərəfindən etirazla qarşılanıb. Amerikanın Erməni Milli Komitəsi (ANCA) bunula bağlı bəyanat yayıb.