Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniya turistlər üçün Avropanın ən cazibədar ölkə statusunu neçə illərdir qoruyub saxlayır. AzEuroNews.com olaraq mərkəzi Avropada yerləşən bu ölkənin gəzməli-görməli 10 ən yaxşı şəhərini sizin üçün seçdik. Beləliklə:

Baxarax  (Bacharach- almanca):   Reyn çayı vadisində qədim bir şəhərdir. Turistləri bu şəhərə cəlb edən təkcə onun təbiəti deyil. Şərabı ilə məşhur Baxaraxda siz yaxşı yeyib-içə, könlünüzcə gəzə bilərsiniz. Qayıqla “Loreley qayalıqlarına” səyahət etmənizi isə “şiddətlə” tövsiyə edirik.

 

Essen : Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında yerləşən bu şəhər  ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi bu şəhərdə yerləşib. Bir vaxtlar ağır sənayenin yerləşdiyi şəhər 2017-ci ildə “Avropanın yaşıl paytaxtı” seçilib. Şəhərdə sənaye binalarının çoxu mədəniyyət mərkəzlərinə çevrilib.

 

Qarmiş-Partenkirhen ( Garmisch-Partenkirche- almanca) : Almaniyanın cənubunda, Bavariyada əyalətində yerləşir. Şəhər uzun illərdir “Almaniyanın qış idmanı cənnəti” statusunu daşıyır. Siz burada Almaniyanın ən hündür ” Zugspitze” zirvəsinə kanatla qalxa bilərsiniz.

 

Görlitz: Saksoniya əyalətində olan bu şəhər 2017-ci ildə ən yaxşı film çəkliş məkanı seçildi. Hüzur verən şəhər tez-tez “Hollivud” filmlərinin çəklişinə ev sahibliyi edir.

Heydelberq: Ştutqart və Frankfurt şəhərləri arasında yerləşir. Bir vaxtlar Heydelberq Avropanın elm və mədəniyyət mərkəzlərindən biri olub. Burada dünyanın ən yaxşı universitetlərindən biri sayılan Heydelberq Universiteti yerləşir.

 

Lindau: Bavariya əyalətində yerləşən bu şəhər ada üzərində yerləşir. Şəhərdəki binaların demək olar ki, çoxu tarixi binalardır. Şəhərdən Alp dağlarına sarı olan məzərə isə sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəmdir.

 

Quedlinburq: Saksoniya-Anhelt əyalətində yerləşən bu tarixi şəhər 1994-cu ildə YUNESKO-nun “Dünya mirası siyahısı”na daxil edilib. Şəhərdə 2 mindən çox tarixi bina yerləşir.

 

 

Regensburq : Tuna çayı sahilində yerəşən bu şəhər də YUNESKO-nun “Dünya mirası siyahısı”na daxil edilib. Şəhərdə mindən çox tarixi bina var.

 

Veymar: Almaniyanın mədəniyyət mərkəzlərindən biridir. Dünya mədəniyyətinə zəngin dəyərlər bəxş edən Bax, Höte, Şiller və Herder kimi parlaq şəxsiyyətlər Veymarda yaşayıb-yaradıblar. Maraqlıdır ki, XVIII əsrin sonlarında Höte Veymara köçənə qədər bu şəhər Almaniyanın ziyalı təbəqəsi üçün səyahət məkanı olub. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini Veymarda görmək olar. Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan klassik paytaxtın tarixində müharibənin izləri aydın görünür. İkinci dünya müharibəsi zamanı Veymarın yaxınlığında, şəhər mərkəzindən 8 kilometr aralıda Buhenvald əsir düşərgəsi olub.

 

Sellin : Mecklenburg-Vorpommern əyalətində yerləşən bu şəhərin əhalisi 2400-ə qədərdir. Şəhərdə müasir və tarixi evlər var. Şəhərin mənzərəsi isə göz oxşayır.

Foto: dpa/ wikipedia/ deutschland.de