Avropalı milyarderlərin yeni reytinq siyahısı hazırlanıb.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətinin sahibi Bernard Arnault qitənin ən varlı şəxsi olub.

Fransız biznesmenin 70,7 milyard dollar sərvəti olduğu bildirilir.

Arnault bununla da dünyanın ən varlı şəxsləri siyahısında 70,2 milyard dollarlıq sərvətə malik Amansio Orteqanı qabaqlayaraq 4-cü pilləyə yüksəlib.

Hazırda dünya reytinqinə “Amazon”un qurucusu Ceff Bezos başçılıq edir.