ABŞ-ın Milli Qvardiyasının hərbçiləri Meksika ilə sərhədə göndəriliblər.

“Report” “RT”ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettisin və Bİrləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirsten Nilsenin birgə bəyanatında bildirilir.

“Milli Qvardiyanın qoşunları ABŞ-ın şimal-şərq sərhədi boyunca təhlükəsizlik missiyasını təmin etmək üçün sərhədə çəkilib”, – məlumatda bildirilir.

Daha əvvəl məlum olub ki, Prezident Donald Tramp Milli Qvardiyanın 2-4 min hərbi qulluqçusunu Meksika ilə sərhədə göndərmək niyyətindədir.